Dünyada günəbaxan toxumu ilə təchizat çətinləşir

Dünyada günəbaxan toxumu ilə təchizat çətinləşir Rusiya və Ukraynada yağışların azalması günəbaxan toxumu istehsalına mənfi təsir edib. Bu da sözügedən məhsulla qlobal miqyasda təchizatı çətinləşdirir.
ASK
11 Noyabr , 2020 16:55
Dünyada günəbaxan toxumu ilə təchizat çətinləşir

Rusiya və Ukraynada yağışların azalması günəbaxan toxumu istehsalına mənfi təsir edib. Bu da sözügedən məhsulla qlobal miqyasda təchizatı çətinləşdirir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin hesabatında bildirilir.

Sənədə əsasən, bu ay bütün dünyada 3,8 milyon ton günəbaxan toxumu istehsal ediləcək. Bu isə noyabr ayı üçün proqnozdan 1,5 milyon ton azdır.

Qeyd edək ki, Rusiya və Ukrayna günəbaxan yağının istehsalında və təchizatında da aparıcı mövqeyə malikdir. İki ölkədə bazar payı təxminən 75%-dir.

Son xəbərlər

Orphus sistemi