​Dünya ərzaq qiymətləri son 6 ilin minimumuna enib

​Dünya ərzaq qiymətləri son 6 ilin minimumuna enib FAO: İstehsalın artması qiymətlərin daha da düşməsinə səbəb olacaq
ASK
4 İyun , 2015 18:11
​Dünya ərzaq qiymətləri son 6 ilin minimumuna enib

Bakı. 4 iyun. REPORT.AZ/ Dünya ərzaq məhsulları bazarında qiymətlər 2009-cu ilin sentyabr ayından sonra ən minimal səviyyəyə enib. Bunu BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) bildirib.

"Report" xəbər verir ki, FAO ekspertlərinin fikrincə, qiymətlərin düşməsinə ABŞ dollarının möhkəmlənməsi və neftin ucuzlaşması səbəb olub.

Təşkilat tərəfindən ərzaq malları səbəti əsasında hər ay hesablanan Ərzaq Qiymətləri İndeksi may ayında 166,8 bənd təşkil edib. Bu, aprel ayı ilə müqayisədə 2,4 bənd və ya 1,4% azdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə indeks 46 bənd və ya 22,4% azalıb.

Müşahidəçilərin fikrincə, qiymətlərin düşməsinə ucuz neft və möhkəmlənən dollardan başqa, yüksək istehsal səviyyəsi də təsir edib. Belə ki, istehsalı artan süd məhsulları aprel ayı ilə müqayisədə 2,9%, ət məhsulları indeksi isə 1% azalıb. Bitki yağları və şəkərin indeksi isə artıb. Həmçinin bitki yağları indeksinin 2,6% artmasına səbəb Cənub-Şərqi Asiyada hava şəraiti təsir edib. Şəkər indeksinin artması isə Braziliyada yığım mövsümünün gecikməsi ilə bağlı olub.

Təşkilat həmçinin Çin, Meksika, Afrika və Şimali Amerikada buğda və qarğıdalı istehsalında artım gözləyir. Bu da qiymətlərin daha da düşməsinə səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi