Yuxarı
    Bağlamaq

    DSK sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

    Əməkdaşlığın perspektivləri ətrafında məsələlər müzakirə edilib

    Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə məlumatların dövlət qurumlarının hesabatvermə sistemlərinə inteqrasiya edilərək müntəzəm şəkildə açıqlanması (“EİTİ mainstreaming”) layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan Dünya Bankının rəsmilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

    "Report"un komitəyə istinadən verdiyi xəbərə görə, T.Budaqov bildirib ki, statistik vahidlərin üzərinə düşən məlumat yükünün azaldılması üçün onlar tərəfindən müxtəlif dövlət orqanlarına təqdim edilən məlumatlar üzrə təkrarçılığın aradan qaldırılması, inzibati vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət qurumları tərəfindən toplanan məlumatların Dövlət Statistika Komitəsinin statistik məlumat bazalarına inteqrasiyası ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

    Dünya Bankının layihə rəhbəri Bəxtiyar Kərimov Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə məlumatların dövlət qurumlarının hesabatvermə sistemlərinə inteqrasiya edilərək müntəzəm şəkildə açıqlanması layihəsi barədə məlumat verib, ictimaiyyətin ölkədə baş verən sosial-iqtisadi hadisələr haqqında məlumatlandırılması məqsədilə DSK tərəfindən həyata keçirilən tədbirlərin xüsusi önəm daşıdığını bildirib. 

    Dünya Bankının ekspertləri Ənvər Ravat və Sridar Kannan da layihə üzrə qarşıda duran vəzifələr haqqında fikirlərini bölüşüblər.

    Görüşdə mədənçıxarma sənayesi ilə bağlı rəsmi statistikanın təşkilinə, məlumatların yayılmasına, müəssisələr tərəfindən hesabatların statistika orqanlarına elektron sənəd formasında təqdim edilməsinə, MHŞT üzrə məlumatların hökumətlərin hesabatvermə sistemlərinə inteqrasiya edilərək müntəzəm şəkildə açıqlanmasına, elektron arxivləşdirmə sisteminin formalaşdırılmasına dair geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ətrafında məsələlər müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi