Yuxarı
    Bağlamaq

    ​DSK: Bu il zəmilərdə bol məhsul yetişib

    Qurum məhsul istehsalının ötən ildən çox olduğunu açıqlayıb

    Bakı. 30 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 648,6 mln. manat olub. Onun sabit qiymətlərlə dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə 7,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6%, bitkiçilik məhsulları üzrə 14% artıb.

    "Report" xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov dövrü mətbuata müsahibəsində məlumat verib.

    Ölkənin kənd təsərrüfatında yaz tarla işləri uğurla başa çatdığını nəzərə çatdıran sədr müavini iyun ayının 24-nə kimi 362,1 min hektar sahədə yazlıq bitkilərin əkini aparıldığını, kənd əməkçilərinin yazlıq bitkilərin əkinini başa çatdırdıqdan sonra yetişdirdikləri məhsulun yığımına başladıqlarını bildirib. Yığım başlanandan bəri tarlalardan 288,7 min ton kartof, 382,9 min ton tərəvəz, 93,1 min ton meyvə və giləmeyvə, 37,4 min ton bostan məhsulları, 76,5 ton tütün, 273,4 ton yaşıl çay yarpağı toplanıb. 

    "Bu il zəmilərdə bol məhsul yetişib. Payızlıq və yazlıq dənli və dənli paxlalıların biçini (qarğıdalısız) iyul ayının 27-si vəziyyətinə belə olub: 2, 747 mln. ton məhsul toplanıb ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən xeyli çoxdur - keçən il 2,152 mln. ton olub. Hər hektarın məhsuldarlığı da ötənilkindən yüksəkdir", - deyə H.Bağırov qeyd edib.

    H.Bağırov, həmçinin bildirib ki, 2014-cü ildə 1 hektardan 22,8 sentner məhsul götürülübsə, bu il həmin rəqəm 30,5 sentnerə çatıb: "Bir çox bölgələrdə məhsulu biçiləcək sahələrin hamısında işlər yekunlaşıb. Məsələn, Naxçıvan Muxtar Respublikasında, Abşeron, Ağcabədi, Bərdə, Biləsuvar, Hacıqabul, Xızı və bir sıra digər rayonlarda biçin qurtarıb. İlk 6 ayda qaramalın baş sayının 0,4%, qoyun və keçilərin sayı isə 1,9% artlb. Yarım ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət, süd, yumurta və yun istehsalı artıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi