Dövlət Fitosanitar Xidmətinin nümayəndə heyəti BMT-nin tədbirində iştirak edib

Dövlət Fitosanitar Xidmətinin nümayəndə heyəti BMT-nin tədbirində iştirak edib Bakı. 28 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları Moldavanın paytaxtı Kişinyova səfər ediblər.
ASK
28 Sentyabr , 2018 13:58
Dövlət Fitosanitar Xidmətinin nümayəndə heyəti BMT-nin tədbirində iştirak edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları Moldavanın paytaxtı Kişinyova səfər ediblər.

"Report" quruma istinadən xəbər verir ki, səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (BMT FAO) təşkilatçılığı ilə “Avropada və Mərkəzi Asiyada pestisidlərin idarə olunması, milli və regional potensialın gücləndirilməsi” mövzusunda keçirilən seminarda iştirak etmək olub.

Seminar zamanı nümayəndə heyətinin üzvləri Azərbaycanda pestisidlərin idarə olunması və tətbiq qaydalarına dair qanunvericilik aktlarının tətbiqi, pestisidlərin saxlanılması və istifadəsi zamanı insan sağlamlığına və ətraf mühitə dəyən ziyanın aradan qaldırılması, həmçinin pestisidlərdən istifadə zamanı qarşıya çıxan problemlərin həlli mövzularında çıxışlar ediblər.

Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov pestisidlərin idarə olunması və tətbiq qaydalarına dair qanunvericilik aktlarının icrası ilə bağlı görülən işlərdən danışıb, eyni zamanda Stokholm və Bazel konvensiyaları tərəfindən qarşıya qoyulan məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib. O, yüksək toksiki tərkibə malik pestisidlərin tətbiqi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, o cümlədən istifadə olunan pestisidlərin taralalardan yığılıb utilizasiya olunması zamanı qarşıya çıxan problemlərin həlli yolları, pestisidlərdən istifadə zamanı risklərin azaldılması istiqamətində alternativ variantların tapılması yollarının müəyyən edilməsi ilə bağlı məruzə ilə çıxış edib.

Seminarda mövcud problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin həlli səmərəliliyinin artırılması ilə bağlı FAO tərəfindən irəli sürülən təklifləri və tövsiyələr dinlənilib və qeyd olunan məsələlərlə bağlı müvafiq təkliflər səsləndirilib.

Seminarda Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan, Tacikistan və Maldovanın kənd təsərrüfatı nazirliklərinin, eyni zamanda FAO-nun Ankara və Budapeşt ofislərinin nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi