Yuxarı
    Bağlamaq

    Dövlət Fitosanitar Nəzarəti Xidməti tender keçirir

    Qurum laboratoriya avadanlıq və cihazları, çiləyici aqreqatlar, xüsusi təyinatlı nəqliyyat vasitələri, traktorlara aid ehtiyat hissələri almaq istəyir

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) laboratoriya avadanlıqlarının və cihazlarının satın alınması (lot-1), eləcə də çiləyici aqreqatlar, xüsusi təyinatlı nəqliyyat vasitələrinin və traktorların ehtiyat hissələrinin satın alınması (lot-2) məqsədi ilə açıq tender elan edib.

    “Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1-ci lot üzrə 500 manat, 2-ci lot üzrə isə 250 manatdır.

    İddiaçılar ilkin sənədləri oktyabrın 6-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə oktyabrın 18-nə qədər DFNX-nin Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 7a ünvanındakı inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Vaqif Hüseynovdir (tel: (012) 562 85 13, daxili 120).

    Təkliflərə oktyabrın 19-da, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi