Dövlət Baytarlıq Nəzarəti Xidməti tender elan edib

Dövlət Baytarlıq Nəzarəti Xidməti tender elan edib Tender iki lot üzrə keçirilir və əsasən təmir işlərini nəzərdə tutur
ASK
9 Sentyabr , 2017 10:12
Dövlət Baytarlıq Nəzarəti Xidməti tender elan edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) özünün strukturuna daxil olan Ucar rayon Baytarlıq İdarəsinin inzibati binasının əsaslı təmiri, Quba Zona Baytarlıq Laboratoriyasının toksikologiya şöbəsi, yarma otağı, süni mayalanma otağı və digər köməkçi otaqların yenidən qurulması və əsaslı təmirinin yerinə yetirilməsi işlərinin satın alınması məqsədi ilə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender iki lot üzrə keçirilir. Birinci lot üzrə Ucar rayon Baytarlıq İdarəsinin inzibati binasının əsaslı təmiri, lot-2 üzrə isə Quba Zona Baytarlıq Laboratoriyasının toksikologiya şöbəsi, yarma otağı, süni mayalanma otağı və digər köməkçi otaqların yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üzrə 250 manat məbləğdə iştirak haqqı ödəməlidir.

İddiaçılar zəruri sənədləri 12 oktyabr saat 17:00-dək, tender təkliflərini isə 20 oktyabr saat 17:00-dək Tender Komissiyasına (Bakı şəhəri, Binəqədi rayonu, VIII mkr-n, 3123-cü məhəllə) təqdim etməlidirlər.

Təklif zərflərinin açılışı 23 oktyabr saat 16:00-da DBNX-nin əsas inzibati binasında (VIII mkr-n, 3123-cü məhəllə) keçiriləcək.

Son xəbərlər

Orphus sistemi