Dövlət Baytarlıq Nəzarəti Xidməti: "Respublikada iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir"

Dövlət Baytarlıq Nəzarəti Xidməti: "Respublikada iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir" Bakı. 6 iyun. REPORT.AZ / Kənd Təsərrüfatı Nazirliyi quşların nyukasl xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini davam etdirir.
ASK
6 İyun , 2018 14:50
Dövlət Baytarlıq Nəzarəti Xidməti: Respublikada iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir

Bakı. 6 iyun. REPORT.AZ / Kənd Təsərrüfatı Nazirliyi quşların nyukasl xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini davam etdirir.

Nazirlikdən "Report"a verilən məlumata görə, bu ilin 5 ayı ərzində nyukasl xəstəliyinə qarşı 13 771 427 baş quşda “H” ştammı, 19 141 907 baş cücədə isə “La-sota” ştammı ilə peyvəndləmə aparılıb.

Hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri yekunlaşmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nyukasl xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Nyukasl xəstəliyi quşların yüksək kontagioz (xəstəliyin kontaktda olan bir heyvandan digərinə keçməsi) virus xəstəliyi olmaqla respirator və visseral orqanların, mərkəzi sinir sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.

İnkubasiya dövrünün müddəti quş orqanizminin ümumi vəziyyətindən, virusun virulentliyindən, orqanizmə daxil olma yolundan və virusun miqdarından asılıdır. Adətən inkubasiya dövrü immuniteti olmayan quşlarda 3-7 gün çəkir. Passiv immuniteti olan quşların bədənində virus 18-30 gün qaldıqdan sonra xəstəlik törədə bilir. 

Son xəbərlər

Orphus sistemi