Dövlət Baytarlıq Nəzarəti Xidməti epizootiya üçün ləvazimatlar axtarır

Dövlət Baytarlıq Nəzarəti Xidməti epizootiya üçün ləvazimatlar axtarır Bu məqsədlə açıq tender keçirilir
ASK
30 Mart , 2017 09:21
Dövlət Baytarlıq Nəzarəti Xidməti epizootiya üçün ləvazimatlar axtarır

Bakı. 30 mart. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) 2017-ci ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və ləvazimatların alınması məqsədilə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, tender 3 lot üzrə keçirilir: Lot-1 iri və xırda buynuzlu heyvanların dabaq xəstəliyi əleyhinə peyvənd vasitəsinin alınması, lot-2 bioloji preparatların, diaqnostikumların və reaktivlərin alınması, lot-3 dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının və ləvazimatların alınmasını nəzərdə tutur.

Tender Komissiyası qeyd edir ki, iştirakçılar öz tender təkliflərini 12 may saat 17:00-a kimi təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi