DGK sədrinin müavini: "Azərbaycan-Rusiya sərhədində ciddi problem yoxdur"

DGK sədrinin müavini: "Azərbaycan-Rusiya sərhədində ciddi problem yoxdur" "Azərbaycan tərəfindən yola salınan maşınlar vaxtında sərhədi keçir və Rusiya istiqamətinə yollanır"
ASK
20 Noyabr , 2015 20:26
DGK sədrinin müavini: Azərbaycan-Rusiya sərhədində ciddi problem yoxdur

Bakı. 20 noyabr. REPORT.AZ/ "Rusiya ilə sərhəddə gömrük-keçid məntəqəsinin fəaliyyətində yaranan problemlə bağlı bu ölkənin müvafiq orqanları ilə məlumat mübadiləsi aparılır. Bundan başqa, Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının tez bir zamanda Rusiya bazarına çatması üçün müəyyən əlavə imkanların yaradılması, iki ölkə arasında imzalanmış saziş və protokolların həyata keçirilməsi məsələsini qaldırmışıq". 

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov Rusiyada yol tariflərində düzəlişlər edilməsi ilə bağlı bəzi nəqliyyat şirkətlərinin fəaliyyətində yaranan əngəllərlə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, gömrük-keçid məntəqəsində ciddi problem yoxdur: "Azərbaycan tərəfindən yola salınan maşınlar vaxtında sərhədi keçir və Rusiya istiqamətinə yollanır. Əslində, nəqliyyat vasitələrinin elə də uzun müddətə dayanması halı müşahidə olunmamışdı. Biz artıq Rusiya tərəfinə müraciət etmişik, ümid edirəm ki, problem qısa zamanda yoluna qoyulacaq. Hazırda gömrük-keçid məntəqəsində sıxlıq da müşahidə edilmir".

Son xəbərlər

Orphus sistemi