DFNX "Yaraq-Kazmalar" buraxılış məntəqəsindəki hadisə ilə bağlı açıqlama yayıb

DFNX "Yaraq-Kazmalar" buraxılış məntəqəsindəki hadisə ilə bağlı açıqlama yayıb Sahibkar gilas məhsulunu Azərbaycandan Rusiyaya qanunsuz keçirmək istəyib
ASK
17 İyun , 2016 16:58
DFNX Yaraq-Kazmalar buraxılış məntəqəsindəki hadisə ilə bağlı açıqlama yayıb

Bakı. 17 iyun. REPORT.AZ/ Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Dağıstan İdarəsinin mətbuat xidməti Azərbaycandan Rusiyaya aparılan 45 kq gilas məhsulunun "Yaraq-Kazmalar" buraxılış məntəqəsində saxlanılması ilə bağlı məlumat yayıb. "Report" Dövlət Fitosanitar Nəzarəti Xidmətinə istinadən xəbər verir ki, sahibkar məhsulu əl yükü kimi qanunsuz olaraq qonşu ölkəyə keçirmək istəyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyinin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, sərhəddə saxlanılan sahibkar məhsulun Rusiyaya ixrac olunması ilə bağlı quruma müraciət etməyib və 45 kq gilas məhsulunu əl yükü kimi qanunsuz olaraq qonşu ölkəyə keçirmək istəyib.

“Rosselxoznadzor” saxlanılan şəxsin kimliyi və məhsulun saxlaması ilə bağlı DFNX-yə heç bir məlumat verməyib.

Qeyd edək ki, Rusiya və digər ölkələrə məhsul ixrac edən sahibkarlar əvvəlcə Dövlət Xidmətinin müvafiq Rayonlararası Bitki-Karantin Məntəqələrinə müraciət etməli, yük müvafiq prossedurlardan keçdikdən sonar imtina üçün əsas olmadıqda, yükə fitosanitar sertifikat verilir.

"Cari ilin əvvəlində Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı ilə bağlı yaranan problemlər artıq aradan qaldırılıb və azərbaycanlı sahibkarlar rahat şəkildə Rusiya ilə idxal-ixrac əməliyyatı həyata keçirə bilirlər", - deyə Dövlət Xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi