Dəmir yolunun Alabaşlı-Gəncə mənzilində 4,5 km-lik hissənin əsaslı təmirinə başlanılıb

Dəmir yolunun Alabaşlı-Gəncə mənzilində 4,5 km-lik hissənin əsaslı təmirinə başlanılıb Təmir işləri bir həftə davam edəcək
ASK
27 Sentyabr , 2016 12:26
Dəmir yolunun Alabaşlı-Gəncə mənzilində 4,5 km-lik hissənin əsaslı təmirinə başlanılıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Alabaşlı – Gəncə mənzilində 4,5 km-lik hissənin əsaslı təmirinə başlanılıb. 

Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. 

Onun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək. Təmiri "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Bi gün səhər saatlarından köhnə yolun söküntüsünə başlanılıb.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə 14 aprel 2015-ci ildə ADY ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 164 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi