Yuxarı

DB: Azərbaycanda kənd təsərrüfatının inkişafı sənayedəki zəifləməni kompensasiya edib

Beynəlxalq maliyyə qurumu hesab edir ki, bu sahədə çalışan əhalinin gəlirləri qorunub saxlanılıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı sənaye kompleksində yaranan zəifləməni kompensasiya edib. Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, bu barədə Dünya Bankının Şərqi və Mərkəzi Avropa üzrə hesabatında deyilir. 

Hesabatda qeyd olunur ki, 2015-ci ildə kənd təsərrüfatı sahəsindəki 4,4%-lik artım bu sahədə çalışan 38% əhalinin gəlirlərini qoruyub saxlamağa səbəb olub.

Bank ekspertlərinin qənaətinə görə, milli valyutanın dəyərinin dəyişməsi yerli fermerlərə xarici rəqibləri ilə mübarizə aparmaqda kömək edib. Belə ki, yerli istehsal və xidmət sahələrinə diqqəti artırmaqla xarici istehsalçılara qarşı mübarizə aparmaq olar.

"2016-2018-ci illər üçün proqnozlaşdırılan inkişaf göstəricilərində də Azərbaycanda kənd təsərrüfatı sahəsi diqqəti cəlb edir. 2016-cı ildə 4,2%, 2017-ci və 2018-ci illərdə isə hər il 4% olmaqla artım gözlənilir. Proqnoza görə, Azərbaycan bu sahədəki inkişafa görə Qafqaz ölkələri arasında lider olacaq", - deyə hesabatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi