Kənd təsərrüfatı naziri: "Daha 125 taxılyığan kombaynın alınması planlaşdırılır"

Kənd təsərrüfatı naziri: "Daha 125 taxılyığan kombaynın alınması planlaşdırılır" Azərbaycanda taxıl biçininə hazırlıq işləri davam etdirilir. Hazırda respublikada 1 700-dən çox taxılbiçən kombayn var.
ASK
14 Aprel , 2020 22:24
Kənd təsərrüfatı naziri: Daha 125 taxılyığan kombaynın alınması planlaşdırılır
Kənd Təsərrüfatı naziri İnam kərimov / Report

"Azərbaycanda taxıl biçininə hazırlıq işləri davam etdirilir. Hazırda respublikada 1 700-dən çox taxılbiçən kombayn var".

"Report" xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə deyib.

“Aqrolizinq” ASC-nin rayon bölmələri biçinə 728 kombayn cəlb edəcək. Bundan əlavə, Sizin tapşırığınızla əlavə 125 kombaynın alınması planlaşdırılır. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadir. Ümumilikdə, ölkədə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur.

Bu ilin yanvarından fermerlərə subsidiyalar yeni mexanizmə uyğun verilməyə başlanıb. Subsidiyaların ödənilməsi yalnız elektron kənd təsərrüfatı sistemi üzərindən həyata keçirilir. Bu günədək elektron sistemdə 484 mindən artıq fermer qeydiyyatdan keçib, 357 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Artıq bu günə 321 mindən artıq fermerə subsidiyalar ödənilib", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi