Dağıstanda Azərbaycanın istixanaları fəaliyyətə başlayıb

Dağıstanda Azərbaycanın istixanaları fəaliyyətə başlayıb "Ümimilikdə 20 hektar sahədə istixana fəaliyyət göstərəcək"
ASK
8 Avqust , 2017 15:44
Dağıstanda Azərbaycanın istixanaları fəaliyyətə başlayıb
Российская газета

Moskva. 8 avqust. REPORT.AZ/ "Azərbaycan kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəyə malikdir və Dağıstan bundan fəal istifadə edir".

Bunu "Report"un Rusiya bürosuna Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiyalar Agentliyinin rəhbəri Bəşir Maqomedov deyib.

Onun sözlərinə görə, Mahaçqala yaxınlığında ümumi sahəsi 5,5 hektar olan istixanalar fəaliyyət göstərəməyə başlayıb və bunun reallaşmasında Azərbaycan sahibkarları əhəmiyyətli rol oynayıb.

"Bütün istixanalar artıq fəaliyyət göstərir. İlin sonu qədər ilk pomidor və xiyar məhsullarını gözləyirik. Ümimilikdə 20 hektar sahədə istixana fəaliyyət göstərəcək", - B.Maqomedov bildirib.

Son xəbərlər

Orphus sistemi