Yuxarı

​Dünya süd bazarında ciddi qiymət böhranı müşahidə olunur

Son bir ildə qiymətlər artıq 40% düşüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar nəticəsində dünya bazarında 2,2 mln. ton həcmində artıq süd qalıb. "Report"un məlumatına görə, bunu Yeni Zellandiyanın "Fonterra" Korporasiyasının icraçı direktoru Teo Sprinqs bildirib.

"Artıq qalan südün hara göndəriləcəyi isə istehsal planları və qiymətlərdən aslıdır", - deyə T.Sprinqs bildirib.

Korporasiya südün alış qimətlərini 6 Yeni Zellandiya dollarından 5,3 dollara salıb. Bu, son 6 il ərzində ən aşağı qiymətdir.

Qeyd edək ki, ötən illə müqayisədə qiymətlər artıq 40% düşüb.

Məlumat üçün bildirək ki, 1 ABŞ dolları (USD) 1,24 Yeni Zellandiya dollarına (NZD) bərabərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi