​Azərbaycanda çoxillik əkmələrə görə herbisidlərin alınması üçün güzəştlər tətbiq ediləcək

​Azərbaycanda çoxillik əkmələrə görə herbisidlərin alınması üçün güzəştlər tətbiq ediləcək Çoxillik əkmələrə görə herbisidlər üçün 10 manat məbləğində müəyyənləşdirilib
ASK
15 Oktyabr , 2015 09:56
​Azərbaycanda çoxillik əkmələrə görə herbisidlərin alınması üçün güzəştlər tətbiq ediləcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

“Report”un xəbərinə görə, dəyişiklik çoxillik əkmələrə görə herbisidlərin alınması üçün güzəştlər tətbiq edilməsi ilə bağlıdır.

Qərarla “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin və herbisidlərin qiymətinə 70 faiz həcmində güzəşt tətbiq edilməklə, onun məbləğinin yuxarı həddi hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələr üçün 80 manat herbisidlər üçün 10 manat məbləğində müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi və istehsalçılara satılmış mineral gübrələrin və herbisidlərin qiymətinə tətbiq edilən güzəştin dövlət büdcəsinin vəsaiti hesabına satıcılara ödənilməsi qaydası bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin əsaslandırılmış sifarişi əsasında hər il dövlət büdcəsində kənd təsərrüfatı məhsullarının istehsalında və genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq, motor yağları mineral gübrələrə və herbisidlərə görə yardımın verilməsi üçün ayrılması nəzərdə tutulan vəsait hesabına genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin becərilməsi və buğda səpini üçün verilən yardımların alınmasına lazım olan blankların və ərizə formalarının çap olunmasına, istehsalçılar üçün plastik kartların üç ildən bir hazırlanmasına və onlara göstərilən bank xidmətinə görə müvafiq məbləğdə vəsaitin ayrılması təmin edilib.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin və herbisidlərin kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə satılmasını tənzimləyir və şərtlərini müəyyən edir.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti mineral gübrələrin və herbisidlərin alınması üçün dövlət büdcəsindən ayrılmış vəsaitin istifadəsi barədə Maliyyə Nazirliyinə iyul və yanvar aylarının 10-na qədər yarımillik və illik hesabat təqdim edir.

Son xəbərlər

Orphus sistemi