Yuxarı

DBNX: Çindən Azərbaycana süni yumurta idxalı və satışı əsassızdır

2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana yumurta idxal olunmayıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Çindən Azərbaycana süni yumurta idxal edilməsi və satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Dövlət Xidmətindən "Report"a verilən məlumatda deyilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yayılır: "2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana yumurta idxal olunmayıb. Ölkəyə idxal edilən bütün növ heyvan, heyvan mənşəli, eləcə də quş əti və quşçuluq məhsulları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirildikdən sonra həmin məhsulların istifadəsinə icazə verilir. Kütləvi informasiya vasitələrindən və əhalidən xahiş edirik ki, süni yumurtanın mövcud olması və satışı il bağlı kimdə məlumat, fakt olarsa bu barədə dərhal Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə, eləcə də xidmətin (012) 562-18-76, (012) 440-84-50 nömrəli telefonlarına məlumat versinlər. Xidmət bu faktı kütləvi informasiya vasitələrinin və əhalinin iştirakı ilə araşdırmağa hazırdır".

Qeyd olunub ki, Dövlət Xidməti tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının, o cümlədən quş əti və yumurtanın idxalına və istifadəsinə ciddi nəzarət olunur. Çin Xalq Respublikasında istehsal edilən süni yumurtanın Azərbaycanda satılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi