Çin Azərbaycanda pambıqçılığın inkişafına dəstək olacaq

Çin Azərbaycanda pambıqçılığın inkişafına dəstək olacaq Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində Çinlə əməkdaşlıqda maraqlıdır
ASK
19 Fevral , 2016 19:42
Çin Azərbaycanda pambıqçılığın inkişafına dəstək olacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Çinlə bir sıra sahələrdə, o cümlədən alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa maraq göstərir. "Report"un verdiyi xəbərə görə, bu barədə Çinin iqtisadi inkişafına həsr olunmuş “dəyirmi masa”da Çinin Azərbaycandakı səfirliyinin müşaviri Yuy Xu məlumat verib. 

Onun sözlərinə görə, maliyyə baxımından Çin şirkətləri ilə əməkdaşlıq daha sərfəlidir: "Əvvəllər Azərbaycan bu sahədə əsasən Avropa şirkətləri ilə əməkdaşlıq edirdi və Avropa ölkələrinin avadanlıqlarından istifadə olunurdu. Çində isə həmin avadanlıq və məhsullar eyni keyfiyyətdə və daha ucuzdur. Ona görə də artıq bir neçə layihədə əməkdaşlıq gözlənilir". 

Y.Xu həmçinin Çin şirkətlərinin Azərbaycanda pambıqçılığın inkişafında əməkdaşlıq etməyə hazır olduqlarını deyib: "Azərbaycanda pambıq istehsalı çox azalıb və hər il azalmaqda davam edir. Çin şirkətləri pambıq istehsalının artması üçün əməkdaşlıq edə bilərlər". 

Son xəbərlər

Orphus sistemi