Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib Bu günə qədər Azərbaycanda fermerlər ilkin çəkidə 9 821,9 ton çəltik yığıb.
ASK
23 Noyabr , 2020 12:51
Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

Bu günə qədər Azərbaycanda fermerlər ilkin çəkidə 9 821,9 ton çəltik yığıb.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi nəticəsində bu il çəltikçilikdə orta məhsuldarlıq göstəricisi yüksəlib.

Ötən ilin yekununa əsasən, çəltikçilikdə yekun orta məhsuldarlıq 29,9 sentner olub. Bu il isə çəltik üzrə orta məhsuldarlıq 34,3 sentnerə yüksəlib.

Bu il Azərbaycanda 3 030,9 hektar sahədə çəltik əkilib, indiyədək 2 863,9 hektar sahə biçilib. Çəltik əkini sahələrinin yarıdan çoxu ənənəvi çəltikçilik bölgələrindən olan Lənkəran, Ağdaş və Ucar rayonlarının payına düşür. Bu ildə Lənkəranda 730,5 hektar, Ağdaşda 615 hektar, Ucarda 550 hektar sahədə çəltik əkilib.

Hazırda çəltik üzrə üzrə orta məhsuldarlıq Zərdabda 48,7 sentner, Astarada 41,2 sentner, Göyçayda 38 sentner, Masallıda 34,2 sentner, Lənkəranda 34,1 sentner, Ağdaşda 32,1 sentner, Ucarda isə 31,9 sentner təşkil edir.

Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin optimal müddətdə başa çatdırılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi