Buğdanın təklifi artıb

Buğdanın təklifi artıb Bu ilin yanvar ayında dünya bazarında buğdanın təklifi artıb
ASK
12 Fevral , 2021 10:05
Buğdanın təklifi artıb

Bu ilin yanvar ayında dünya bazarında buğdanın təklifi artıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin “Dünyada taxıl bazarı və ticarət” adlı hesabatının növbəti sayında bildirilir.

Sənəddə deyilir ki, ötən ay Argentina, Pakistan və Cənubi Afrika kimi buğda istehsalçılarının bazara çıxardığı məhsul azalsa da, yaranmış çatışmazlıq Qazaxıstanın hesabına artıqlaması ilə aradan qaldırılıb. Paralel olaraq Avropa İttifaqı ölkələri, eləcə də Hindistan da buğda ixracını artırıb.

Bununla belə, təklif artsa da, buğdanın qiyməti azalmayıb, əksinə nisbətən artım nümayiş etdirib. Buna səbəb buğda istehlakının artmasıdır. Son nəticədə qarğıdalı və soyanın da qiymətlərində artım müşahidə edilib.

Hazırda dünya bazarında ən bahalı buğda satan ölkələrdən biri qonşu Rusiyadır. Bu ölkə buğda da daxil olmaqla dənli bitkilərə illik 17,5 milyon ton ixrac kvotası tətbiq etdiyi üçün onun məhsulları bazara yüksək qiymətlə çıxır. Eyni zamanda ABŞ və Kanada da buğda satışında bahalı ölkələr kimi yerlərini qoruyurlar.

Qeyd edək ki, dünya bazarında buğdanın 1 tonunu Argentina 273 ABŞ dollarına, Avstraliya 275 ABŞ dollarına, Kanada 290 ABŞ dollarına, Avropa İttifaqı ölkələri 280 ABŞ dollarına, Rusiya 287 ABŞ dollarına, ABŞ isə 289 ABŞ dollarına təklif edir.

Son xəbərlər

Orphus sistemi