Bu ilin əvvəlindən fermerlər 157 milyon manat subsidiya alıb

Bu ilin əvvəlindən fermerlər 157 milyon manat subsidiya alıb Bu ilin əvvəlindən Azərbaycanda fermerlərə 157 milyon manat subsidiya verilib.
ASK
27 Aprel , 2020 16:15
Bu ilin əvvəlindən fermerlər 157 milyon manat subsidiya alıb

Bu ilin əvvəlindən Azərbaycanda fermerlərə 157 milyon manat subsidiya verilib.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə məlumat verib. 

Onun sözlərinə görə, həmin vəsait 342 min fermerə ödənilib və bu proses davam edir. 

Xatırladaq ki, bu ildən subsidiya ödənişi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Fermerlər EKTİS-də əkinləri ilə bağlı məlumatlarını bəyan edir və buna uyğun subsidiya alırlar. 

Yeni subsidiya qaydaları ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanı ilə təsdiq olunub. Fərmanın icrası və subsidiyaların yeni qaydalarla verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fermerlərin EKTİS-də qeydiyyatı üçün mobil qruplar yaradıb, fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlayıb və yeni subsidiya mexanizmi təsərrüfat sahiblərinə izah olunub. 

Son xəbərlər

Orphus sistemi