​Bu il Azərbaycanda fermerlərin toxum təminatında ciddi problemlər yaranıb

​Bu il Azərbaycanda fermerlərin toxum təminatında ciddi problemlər yaranıb Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi fermerlərə yardım edib
ASK
10 İyul , 2015 18:09
​Bu il Azərbaycanda fermerlərin toxum təminatında ciddi problemlər yaranıb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanda payız tarla işlərində “Aqrolizinq” ASC və özəl qurumlarda mövcud olan texnikalardan istifadə edilib, texniki təminatla bağlı heç bir problem olmayıb. Lakin bəzi bölgələrdə, xüsusən də dəmyə taxılçılıq rayonlarında ötən mövsüm məhsuldarlığın kəskin azalması və ya əkinlərin tamamən məhv olması nəticəsində maddi zərər çəkmiş fermerlərin toxum təminatında ciddi problemlər yaranıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, rayonlardan toxum təminatı ilə bağlı yaranmış çətinliklər barədə daxil olmuş çoxsaylı müraciətlərlə əlaqədar Nazirlik tərəfindən görülmüş tədbirlər nəticəsində Qobustan, Şamaxı, Qəbələ və Şəki rayonlarının taxılçılarına dövlət vəsaiti hesabına 2,850 mln. manat dəyərində 6,654 min ton yüksək reproduksiyalı toxum verilməsi təmin olunub.

Səpin müddətində intensiv yağıntılar nəticəsində torpağın əkin qatında nəmlik kifayət qədər olub, bununla yanaşı, suvarma şəraitində becərilən sahələrin 152 min hektarı payızda suvarılıb. 

Son xəbərlər

Orphus sistemi