Azərbaycanda 2020-ci ilin məhsulu üçün payızlıq bitkilərinin kütləvi səpini başa çatır

Azərbaycanda 2020-ci ilin məhsulu üçün payızlıq bitkilərinin kütləvi səpini başa çatır Ölkədə 2020-ci ilin məhsulu üçün payızlıq bitkilərinin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1 019 200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
ASK
28 Dekabr , 2019 12:55
Azərbaycanda 2020-ci ilin məhsulu üçün payızlıq bitkilərinin kütləvi səpini başa çatır

Ölkədə 2020-ci ilin məhsulu üçün payızlıq bitkilərinin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1 019 200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

“Report” Statistika Komitəsinə istinadən xəbər verir ki, səpin aparılmış sahənin 98,4 faizini və yaxud 1 002 745,5 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 636 217 hektarı buğda, 366 178,5 hektarı arpa, 350 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Şəki şəhəri (42 747,5 ha) və Cəlilabad (54 979,1 ha), Füzuli (28 778 ha), Şamaxı (28 556,4 ha), Hacıqabul (24 312 ha), İsmayıllı (22 712 ha), Qobustan (20 696 ha) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (24 412,2 ha) və Neftçala (36 803 ha), Kürdəmir (32 884 ha), Biləsuvar (17 924,5 ha), Ağsu (17 231 ha), Ağdaş (12 997 ha), Şamaxı (11 968 ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərinin səpin sahəsi 0,3 faiz, o cümlədən arpanın səpin sahəsi 10,6 faiz, çovdarın səpin sahəsi 43,4 faiz artıb, buğdanın səpin sahəsi 4,8 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi