Yuxarı

Bu il fermerlərə 600 ədəd traktor veriləcək

Ötən il 1085 ədəd traktor güzəştli şərtlərlə fermerlərə verilib

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında Gəncə istehsalı olan 100 ədəd “Belarus” tipli traktorun təqdimat mərasimi keçirilib. 

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə ölkənin bütün regionlarından olan fermerler, sahibkarlar, alimlər, mütəxəssislər və nazirliyin müfaviq qurumlarının nümayəndələri iştirak edib.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov öncə kənd təsərrüfatı məhsulu istehsalçılarını 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması münasibətilə təbrik edib. O qeyd edib ki, Avropa istehsalı olan kənd təsərrüfatı texnikaları ölkəyə gətirilərək sahibkarlara verilib, texnikaların ilkin dəyərinin 40%-i, gübrələrin 70%-i dövlət tərəfindən ödənilib.

Nazir müavini bildirib ki, artıq texnikaların alınmasında müraciətlər online rejimində həyata keçirilir, ötən il 1085 ədəd traktor güzəştli şərtlərlə fermerlərə verilib, bu il də ilkin müqavilə əsasında 600 ədəd traktorun verilməsi nəzərdə tutulur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi