Bu il Bakıda bal yarmarkası keçiriləcəkmi?

Bu il Bakıda bal yarmarkası keçiriləcəkmi? Koronavirus (COVID-19) pandemiyası və cəbhədəki vəziyyətlə əlaqədar bu il Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasının keçirilməsi təxirə salınıb.
ASK
12 Oktyabr , 2020 17:08
Bu il Bakıda bal yarmarkası keçiriləcəkmi?

Koronavirus (COVID-19) pandemiyası və cəbhədəki vəziyyətlə əlaqədar bu il Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasının keçirilməsi təxirə salınıb.

Bunu “Report”a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov bildirib.

Bununla belə, onun sözlərinə görə, rəhbərlik etdiyi qurum yarmarkanın keçirilməsində maraqlıdır və bununla bağlı təkliflərini müvafiq dövlət qurumlarına təqdim edib: "Qarşıdakı istənilən ayda yarmarka keçirilsə, arıçılar müştəriləri lazımi qədər məhsulla təmin etməyə hazırdır”.

Assosiasiya sədri onu da qeyd edib ki, bu il arıçılıqda məhsuldarlıq ötən illə müqayisədə yüksək olub: “Bu il arıçılar ötən illə müqayisədə 20% çox - 6 min ton bal istehsal edib".

Son xəbərlər

Orphus sistemi