Bu il Azərbaycanda 67 min tona yaxın pambıq yığılıb

Bu il Azərbaycanda 67 min tona yaxın pambıq yığılıb Bu baxımdan Saatlı öndədir
ASK
9 Oktyabr , 2017 16:18
Bu il Azərbaycanda 67 min tona yaxın pambıq yığılıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 66 837,09 ton məhsul təhvil verilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 7 380,08 tonu oktyabrın 7-8-də tədarük olunub.

Ən çox pambıq Saatlı rayonunda yığılıb. Yerli pambıqçılar məntəqələrə 12 281,6 ton məhsul təhvil verib. Bu rəqəm Biləsuvarda 7 650,16 ton, Sabirabadda 7104,26 ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi