Bu il Azərbaycanda 1,6 mln. tondan artıq taxıl istehsal olunub

Bu il Azərbaycanda 1,6 mln. tondan artıq taxıl istehsal olunub Bunun 946 min tonu buğdadır
ASK
7 İyul , 2017 12:30
Bu il Azərbaycanda 1,6 mln. tondan artıq taxıl istehsal olunub

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanda ümumilikdə biçiləcək 954 736 hektar taxıl sahəsinin 626 281 hektarını buğda, 328 455 hektarıını isə arpa sahələri təşkil edir.

“Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.

Qurumun Rayon İdarələri tərəfindən taxıl biçini barədə verilmiş operativ məlumata əsasən artıq həmin sahələrin 600 055 hektarı (62,9%-i) biçilib. Bunun da 326 846 hektarı (52,2%) buğda, 273 209 hektarı (83,2%-i) isə arpa sahələridir.

Ümumilikdə 1 627 226 ton məhsul əldə olunub. Əldə olunan məhsulun 946 316 tonu buğda, 680 910 tonu isə arpa məhsuludur.

Hər hektardan ümumilikdə məhsuldarlıq 27,1 sentner, buğda üzrə 29 sentner, arpa üzrə isə 24,9 sentner təşkil edir.  

Son xəbərlər

Orphus sistemi