​Bu il Azərbaycanda 1 500 tondan çox buğda və arpa toxumu əkilib

​Bu il Azərbaycanda 1 500 tondan çox buğda və arpa toxumu əkilib Məhsulun biçini iyunda aparılacaq
ASK
16 Mart , 2015 15:35
​Bu il Azərbaycanda 1 500 tondan çox buğda və arpa toxumu əkilib

Bakı. 16 mart. REPORT.AZ / Bu il Azərbaycanda 6 326 hektar sahəyə buğda və arpa toxumu əkilib. Payızlıq arpa və buğdanın biçininə iyunun 10-dan sonra başlanacaq. Bunu “Report"a açıqlamasında “Azərtoxum” MMC-nin icraçı direktoru İkram Vəliyev bildirib.

Onun sözlərinə görə, bu il əkilən payızlıq arpa və buğda 1 581 ton təşkil edib. O, bildirib ki, əkinin 70-80%-i dəmyə rayonlarında, qalan hissəsi isə suvarılan rayonlarda aparılıb: "Suvarılan rayonlarda məhsuldarlıq potenisalı 30-35%, dəmyə rayonlarında isə 25-30% təşkil edir. Ümumilikdə, ölkə boyu 10 min ha əkin sahəsinə malikik".

Şəki, Şəmkir, Yevlax, Tərtər, Siyəzən, Sabirabad, İsmayıllı, bir sözlə, ümumilikdə 10 rayonda taxıl sahələrinin olduğunu deyən İ.Vəliyev qeyd edib ki, “elit” və “super elit” olmaqla 12 sort toxum əkilir. Belə ki, bunun 1 hektardan artıq olmaqla "elit" və 1 hektar "superelit", qalanları isə yerli toxumlardır.

Qeyd edək ki, "Azərtoxum” MMC, həmçinin yazlıq qarğıdalı və günəbaxan əkininə də başlayacaq. Belə ki, martın sonu-aprelin əvvəlində 600 ha sahədə 3 ton günəbaxan toxumu, 800 ha sahədə isə 16 ton qarğıdalı əkiləcək.

Qeyd edək ki, şirkət fermerlərlə müqavilə əsasında işləyir. Fermerlərə toxum, gübrə verilir, biçim zamanı kömək göstərilir, sonra yenidən həmin toxumlar əhaliyə qaytarılır.

Son xəbərlər

Orphus sistemi