Bölgələrdə "Aqrolizinq"in texnikasına tələbat azalır

Bölgələrdə "Aqrolizinq"in texnikasına tələbat azalır Buna səbəb fermer təsərrüfatlarının şəxsi kombayn və traktorlarının olmasıdır
ASK
31 Avqust , 2015 11:11
Bölgələrdə Aqrolizinqin texnikasına tələbat azalır

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın bölgələrində "Aqrolizinq" ASC-nin texnikasına olan cari tələbat əhəmiyyətli şəkildə azalıb. Bunu "Report"a açıqlamasında "Aqrolizinq" ASC-nin Goranboy bölməsinin mühəndis-mexaniki Taleh Hüseynov deyib.

T.Hüseynov bildirib ki, bu mövsümdə aparılan biçin işləri zamanı qurumun rayonlarda yerləşən bölmələrə müraciətlər gözləniləndən xeyli az olub: "Aqrolizinq"in Goranboy bölməsi dənli bitkilərin biçini zamanı işlərin yalnız 44%-i qurumun köməyi ilə yerinə yetirilib. Bunun səbəbi fermer təsərrüfatlarının şəxsi kombayn və traktorlarının olması ilə bağlıdır". 

T.Hüseyov deyib ki, zaman keçdikcə "Aqrolizinq"in texnikasına olan tələbat tədricən azalacaq: "Bu mövsüm Goranboy rayonu ərazisində 400 min hektarda dənli bitkinin biçilməsi nəzərdə tutulurdusa, hazırkı faktiki rəqəm 176 min hektar təşkil edir. Bu da 23 kombaynı olan bölmənin fəaliyyətinin aşağı olması deməkdir".

Son xəbərlər

Orphus sistemi