Biləsuvarın yeddi kəndinə su verilməsi təmin olunub

Biləsuvarın yeddi kəndinə su verilməsi təmin olunub Cənub Muğan kanalının quruması nəticəsində Biləsuvar rayonunun bəzi kəndlərində yaranan su problemi həll edilib.
ASK
12 iyul 2022 11:03
Biləsuvarın yeddi kəndinə su verilməsi təmin olunub

Cənub Muğan kanalının quruması nəticəsində Biləsuvar rayonunun bəzi kəndlərində yaranan su problemi həll edilib.

Bu barədə "Report"un yerli bürosuna rayonun su problemi ilə üzləşən Yuxarı Cürəli, Aşağı Cürəli, Ovçubərə,Təzəkənd, Ağalıkənd, Amankənd və Dərvişli kənd sakinləri məlumat verib.

Belə ki, artıq kanala su gəlib və artmaqda davam edir.

Qeyd edək ki, on gündən çox idi ki, sözügedən kəndlərin su problemi yaranmışdı.

Xatırladaq ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.

Son xəbərlər

Orphus sistemi