Biçindən sonra şumlamanı vacib edən şərtlər

Biçindən sonra şumlamanı vacib edən şərtlər Azərbaycanın bəzi dağətəyi və dağlıq ərazilərində hazırda biçin işləri aparılır. Məhsulu vaxtında və itkisiz toplayan fermerlər artıq tarlalarda yay şumuna başlayıblar. Torpağı şumlamaq onu əkib-becərməkdən də ağır prosesdir. Lakin fermerlər bu ağır pros
ASK
19 İyul , 2022 15:50
Biçindən sonra şumlamanı vacib edən şərtlər

Azərbaycanın bəzi dağətəyi və dağlıq ərazilərində hazırda biçin işləri aparılır. Məhsulu vaxtında və itkisiz toplayan fermerlər artıq tarlalarda yay şumuna başlayıblar. Torpağı şumlamaq onu əkib-becərməkdən də ağır prosesdir. Lakin fermerlər bu ağır prosesin olduqca böyük əhəmiyyətinin olduğunu bildirirlər.

"Report"un Muğan bürosunun əməkdaşı yay şumunun əhəmiyyətini araşdırıb.

Fermerlər bildiriblər ki, biçin bitən kimi dərhal yay şumuna başlamaq lazımdır:

"Bu zaman torpaq günəşdən kübrə alır. Yay şumu vurularkən nəmlik torpaqda qalır və 25-30 faiz günəşdən qida alır".

Mütəxəssislərin fikrinə görə, yay şumunun aparılması torpaqda suyun buxarlanmasının qarşısını alır:

"Həmçinin torpaqda olan alaq otların növbəti əkinə qədər cücərməsi mexaniki formada məhv olunur yay şumu zamanı. Ümumilikdə götürdükdə yay şumu məhsuldarlığın artımına gətirib çıxarır".

Əlavə edək ki, biçinlə yanaşı, mövsümün vacib aqrotexniki tədbirlərindən biri də yay şumunun vaxtında aparılmasıdır. Bununla bağlı, artıq Cəlilabad Bölgə Təcrübə Stansiyasının əməkdaşları sahələrdə fermerlərlə maarifləndirici tədbirlərə başlayıb.

Qeyd edək ki, Respublikanın taxılçılıq üzrə ixtisaslaşmış rayonlarından olan Cəlilabadda bu il 72 min hektardan artıq sahədə dənli bitkilər yetişdirilib. Əkin sahələrinin 80 faizdən çoxunu dəmyə əkinçiliyi təşkil edən rayonda iyun ayından başlayan kütləvi taxıl biçini kompaniyası indi yekunlaşmaq üzrədir. Məhsulun itkisiz və optimal müddətdə biçilib başa çatdırılması üçün ərazi üzrə 100-dən artıq taxılbiçən kombayn dislokasiya olunub. Bu günədək 5296 hektar arpa biçini, 56 min 300 hektar buğda, 5 min hektar sahədə isə vələmir biçini başa çatıb. Ümumilikdə 180 min tondan çox taxıl keyfiyyətli taxıl məhsulu tədarük olunub. Orta məhsuldarlıq arpada 25 sentner, buğdada 29,2 sentner qeydə alınıb.

Ölkənin un və un məhsullarına olan tələbatının ödənilməsində əsas yeri ərzaqlıq buğda tutur ki, Cəlilabad rayonunda da xüsusilə bərk buğdanın əkininə bu il geniş yer verilib. Hazırda rayonunun Muğan hissəsində biçin işləri yekunlaşıb, dağətəyi və dağlıq ərazilərdə isə biçin sürətli mərhələdədir.

Bununla bağlı dağlıq relyefə uyğun 4 ədəd müasir tipli kombayn əraziyə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi