Beş yaşayış məntəqəsinin əkin sahələrini suvaran anbara su toplanmağa başlayıb

Beş yaşayış məntəqəsinin əkin sahələrini suvaran anbara su toplanmağa başlayıb Bir müddət əvvəl tamamilə quruyan Pirsaat su anbarına su toplanmağa başlayıb. Bu barədə "Report"un yerli bürosuna sakinlər məlumat verib. Qeyd olunub ki, anbarda su toplanmasına son günlər yağan güclü yağıntılar səbəb olub. Pirsaat su anbarında s
ASK
21 May , 2022 17:59
Beş yaşayış məntəqəsinin əkin sahələrini suvaran anbara su toplanmağa başlayıb

Bir müddət əvvəl tamamilə quruyan Pirsaat su anbarına su toplanmağa başlayıb.

Bu barədə "Report"un yerli bürosuna sakinlər məlumat verib.

Qeyd olunub ki, anbarda su toplanmasına son günlər düşən güclü yağıntılar səbəb olub.

Pirsaat su anbarında suyun toplanması kənd təsərrüfatında istifadə olunan əsas su mənbələrindən biridir. Hacıqabul rayonunun beş yaşayış məntəqəsində əkin sahələri məhz Pirsaat su anbarı vasitəsilə suvarılır.

Su anbarının quruması təkcə ötən il hektarlarla əkin sahələrinin susuzluqdan məhv olması ilə nəticələnib.

Mütəxəssislər bildirir ki, Pirsaat su anbarı dayanıqlı olmadığından əhalinin hər il su problemilə üzləşəcəyi qaçılmazdır. Qeyd olunub ki, Kür çayı vasitəsi ilə həmin əraziyə su gətirilərsə, illərlə əhalini narahat edən bu problem birdəfəlik öz həllini tapa bilər. Amma digər problemlərdən biri də odur ki, Kür çayının özündə də suyun səviyyəsi heç də dayanıqlı deyil.

Xatırladaq ki, Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən su anbarı 1964-cü ildə istifadəyə verilib.

Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur. Rayonun Pirsaat və Navahı qəsəbələrinin, Rəncbər, Qubalı-Balaoğlan və Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi bu anbara toplanan suyun hesabına suvarılırdı. Eyni zamanda anbar vasitəsi ilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir.

Qeyd edək ki, son dövrlərdə yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olub. Anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranıb. Amma artıq bir neçə gündür ki, yağan güclü yağışlar nəticəsində Pirsaat çayında müşahidə olunan bolsululuq anbarın su ilə dolmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi