Belarusun Azərbaycana kartof ixracı sabit qalacaq

Belarusun Azərbaycana kartof ixracı sabit qalacaq Belarus Rusiya, Özbəkistan, Azərbaycan, Qazaxıstana 300 min tondan çox kartof ixrac edir
ASK
1639
9 Oktyabr , 2017 10:12
Belarusun Azərbaycana kartof ixracı sabit qalacaq

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu il Belarus ötən ildəki qədər yaxud da daha çox kartof ixrac etməyi proqnozlaşdırır. Ümumiyyətlə, Belarus Rusiya, Özbəkistan, Azərbaycan, Qazaxıstana 300 min tondan çox kartof ixrac edir.

“Report”un Belarus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun kənd təsərrüfatı və ərzaq məhsulları naziri Vladimir Qrakun məlumat verib.

Nazir bildirib ki, 2017-ci ildə Belarusda kartof yığımı əhalinin tələbatını tam ödəyir. Ölkədəki 22 min ha kartof sahəsinin 72%-dən məhsul artıq yığılıb. Nəticədə, ötən ildəkindən daha çox - 700 min ton kartof ehtiyatı yaranıb. Yığım işləri isə yaxın günlərdə yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi