Bekir Pakdemirli Azərbaycan və Türkiyənin kənd təsərrüfatı məhsullarına olan tələbatının qarşılıqlı ödənilməsini təklif edib

Bekir Pakdemirli Azərbaycan və Türkiyənin kənd təsərrüfatı məhsullarına olan tələbatının qarşılıqlı ödənilməsini təklif edib Bakı. 11 dekabr. REPORT.AZ/ “Dünyada sürətlə şəhərləşmə prosesi gedir. Hazırda bu rəqəm 55%-ə bərabərdir”.
ASK
201
11 Dekabr , 2018 11:44
Bekir Pakdemirli Azərbaycan və Türkiyənin kənd təsərrüfatı məhsullarına olan tələbatının qarşılıqlı ödənilməsini təklif edib
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli / Report/ Firi Salim

Bakı. 11 dekabr. REPORT.AZ/ “Dünyada sürətlə şəhərləşmə prosesi gedir. Hazırda bu rəqəm 55%-ə bərabərdir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Forumunda çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib.

Nazir deyib ki, gələcəkdə şəhərləşmə 70%-ə bərabər olacaq: "Hər gün, təxminən, 800 milyon insan ac yatır. Dünyanın 40 ölkəsində qida problemi, 80 ölkəsində su problemi var. Amma biz istehsal olunan qidanın, təqribən, 3-də birini çölə atırıq".

B.Pakdemirli hesab edir ki, Azərbaycan və Türkiyə kənd təsərrüfatı məhsullarına olan tələbatı bir-birinin hesabına ödəməlidir: "Bu gün Azərbaycan 1,3 milyard dollarlıq, Türkiyə isə 2 milyard dollarlıq kənd təsərrüfatı məhsulları idxal edir. Ehtiyacımız olan məhsulları bir-birimizdən alıb satmalıyıq".

Son xəbərlər

Orphus sistemi