Bazar gününə Abşeron çimərliklərində dəniz suyunun temperaturu açıqlanıb

Bazar gününə Abşeron çimərliklərində dəniz suyunun temperaturu açıqlanıb Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
ASK
30 İyul , 2016 12:26
Bazar gününə Abşeron çimərliklərində dəniz suyunun temperaturu açıqlanıb

Bakı. 30 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-31 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi