Baş nazir: NATO-nun Rusiya ilə müntəzəm və mənalı dialoqa ehtiyacı var

Baş nazir: NATO-nun Rusiya ilə müntəzəm və mənalı dialoqa ehtiyacı var Lüksemburqun baş naziri Xavier Bettel Twitter səhifəsində NATO sammitindən yazıb
ASK
8 İyul , 2016 20:15
Baş nazir: NATO-nun Rusiya ilə müntəzəm və mənalı dialoqa ehtiyacı var

Bakı. 8 iyul. REPORT.AZ/ "NATO-nun Rusiya ilə müntəzəm və mənalı dialoqa ehtiyacı var və bunu zəruri hesab edirik."

"Report" RİA "Novosti"yə istinadla xəbər verir ki, bu sözləri NATO-nun Varşava Sammiti zamanı Lüksemburqun baş naziri Xavier Bettel bildirib.

Baş nazir sonra Twitter səhifəsində belə yazıb: "NATO-nun sammiti: Rusiya ilə müntəzəm, ədalətli və mənalı dialoq."

Ümumiyyətlə, bir müddət əvvəl NATO baş katibi Yens Stoltenberq bu sammitin Rusiya ilə konstruktiv dialoq üçün yaxşı fürsət olduğunu bildirib. Onun sözlərinə görə, bütün müttəfiqləri bu birləşdirir.

Öz növbəsində, cümə günü, ev sahibi, Polşanın xarici işlər naziri Witold Waşikovskiy jurnalistlərə açıqlamasında deyib ki, Rusiya Qərb ölkələrinə qarşı imperiya və düşmən siyasəti aparır. 

Son xəbərlər

Orphus sistemi