Azərbaycanda yaş baramanın fermerlərdən alış qiyməti artırılıb

Azərbaycanda yaş baramanın fermerlərdən alış qiyməti artırılıb Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında “Azəripək” MMC 1 kiloqram baramanın fermelərdən alış qiymətini 4 manatdan 5 manata qaldırıb.
ASK
11 Mart , 2022 17:36
Azərbaycanda yaş baramanın fermerlərdən alış qiyməti artırılıb

Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında “Azəripək” MMC 1 kiloqram baramanın fermelərdən alış qiymətini 4 manatdan 5 manata qaldırıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Bununla da, cari mövsümdə kümçülər tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat alacaqlar.

Məsələ ilə bağlı açıqlama verən nazir İnam Kərimov bildirib ki, Prezident İlham Əliyev aqrar sahənin inkişafı prioritet istiqamət elan edib. Bu baxımdan baramaçılığın inkişafına böyük diqqət yetirilir. Dövlət başçısının imzaladığı fərmana əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın məbləği 5 manatdan 6 manata çatdırılıb.

Son xəbərlər

Orphus sistemi