Bakının mərkəzindəki otellərdən birində yanğın olub

Bakının mərkəzindəki otellərdən birində yanğın olub Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib
ASK
13 Noyabr , 2016 18:26
Bakının mərkəzindəki otellərdən birində yanğın olub

Bakı. 13 noyabr. REPORT.AZ/ Paytaxtın Xətai rayonunda yerləşən otellərdən birində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus oteldə ümumi sahəsi 50 m² olan 3 otaqlı kotecin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və 1 ədəd çarpayı yanıb.

Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi