Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilir

Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilir Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı işə başlayıb.
ASK
5633
26 Yanvar , 2019 11:33
Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilir

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı işə başlayıb.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Kənd Təsərrüfatı Nazirliyinin (Nazirlik) Heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərov açıb.

O, arıçılığın inkişafının daima dövlətin diqqət mərkəzində olduğunu deyərək bu sahədə çalışanlara subsidiya verildiyini qeyd edib. Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsrətov ölkədə arıçılılara yaradılmış şəraitdən danışıb.

Daha sonra söz fermerlərə verilib. Çıxış edən arıçı İlqar Rəhimov Qida Təhlükəsizliyi Agentliyinin (Agentlik) bu sahədəki fəaliyyətindən narazılıq edib: “Agentliyə balın diastaz yoxlanılması üçün müraciət etmişdim. Məhsul 8 balla qiymətləndirildi. Balı Türkiyəyə göndərdik, orada isə 17 balla qiymətləndirildi. Bu onu göstərir ki, Agentlikdə kadrlar və yaxud avadanlıqlarla bağlı problem var. Balın yoxlanması ilə bağlı xərclərimiz də artıb. Əvvəllər yoxlama üçün Nazirliyin Baş Baytarlıq Laboratoriyasına 10 manat ödəyirdik. Agentlikdə isə bu məbləğ 30 manatdan çoxdur”. 

Son xəbərlər

Orphus sistemi