Bakıda qurbanlıq heyvanların kəsiminə 70 baytar həkimi nəzarət edir

Bakıda qurbanlıq heyvanların kəsiminə 70 baytar həkimi nəzarət edir Onlar 33 kəsim məntəqəsində fəaliyyət göstərir
ASK
22 Avqust , 2018 12:43
Bakıda qurbanlıq heyvanların kəsiminə 70 baytar həkimi nəzarət edir
Report/ Orkhan Azim

Bakı. 22 avqust. REPORT.AZ/ "QidaTəhlükəsizliyi Agentliyinin 70 baytar həkimi Bakıda qurbanlıq heyvanların kəsildiyi 33 məntəqəyə nəzarət edir". 

Bunu "Report"a açıqlamasında Agentliyin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları heyvanların ilkin müayinəsi üçün lazım olan bütün avadanlıqlar, eləcə də laborator maşınlarla təmin olunub: "Baytar həkimləri kəsimdən əvvəl heyvanları yoxlayıb, onların kəsim üçün uyğun olub-olmadığını müəyyən edirlər. Nöqsanlı hal aşkar edilərsə, heyvanlar kəsimdən uzaqlaşdırılır. Hələ ki, belə hala rast gəlinməyib". 

M.Piriyev həmçinin deyib ki, Agentliyin əməkdaşları stasionar ət kəsimi məntəqələri ilə yanaşı, rayon icra hakimiyyətlərinin təşkil etdikləri məntəqələrə də ezam olunublar. 

Son xəbərlər

Orphus sistemi