​Bakıda Polşa şirkətlərinin əməkdaşlıq imkanlarına dair seminar keçirilib

​Bakıda Polşa şirkətlərinin əməkdaşlıq imkanlarına dair seminar keçirilib Səfir: "Sanksiyalara baxmayaraq, Polşa iqtisadiyyatı və kənd təsərrüfatı möhkəmliyini qoruyub saxlayır"
ASK
22 May , 2015 13:04
​Bakıda Polşa şirkətlərinin əməkdaşlıq imkanlarına dair seminar keçirilib

Bakı. 22 may. REPORT. AZ/ Polşa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək niyyətindədir. Bu gün Bakıda keçirilən beynəlxalq qida sərgisində Polşanın da ilk dəfə iştirak etməsi qarşılıqlı əlaqələrin möhkəmlənməsində daha bir addımdır.

"Report" xəbər verir ki, bunu Bakıda Azərbaycan şirkətləri üçün keçirilən "Made in Poland" adlı əməkdaşlıq imkanlarına dair seminarda Polşanın Azərbaycandakı səfiri Marek Tsalka bildirib.

Səfir deyib ki, mürəkkəb beynəlxalq münasibətilər, ölkələrin qarşılıqlı sanksiyalarına baxmayaraq, Polşa iqtisadiyyatı və kənd təsərrüfatı möhkəmliyini qoruyub saxlayır.

"Polşa Avropanın və Asiyanın bir çox ölkələri ilə əməkdaşlıq edir. İnanıram ki, Azərbaycan da həmin ölkələrin siyahısına daxil olacaq. Polşa bu ilin I rübündə 5,4 mlrd. avro həcmində ixrac həyata keçirib. Ölkədə maşın və kimyəvi məhsullardan sonra qida sənayesi ixrac səviyyəsinə görə üçüncü sıradadır", - deyə səfir Polşa şirkətlərinin əməkdaşlıq üçün imkanlarından danışarkən bildirib.

Son xəbərlər

Orphus sistemi