Bakıda mineral gübrə və pestisidlərlə bağlı beynəlxalq konqres keçiriləcək

Bakıda mineral gübrə və pestisidlərlə bağlı beynəlxalq konqres keçiriləcək Bu ilin 5-18 oktyabr tarixlərində Bakıda Mineral gübrə və pestisidlər istehsalçılarının (SCIF 2020) IV Ümumdünya konqresi keçiriləcək.
ASK
7 May , 2020 10:56
Bakıda mineral gübrə və pestisidlərlə bağlı beynəlxalq konqres keçiriləcək
Report
0 : 00
0 : 00

Bu ilin 5-18 oktyabr tarixlərində Bakıda Mineral gübrə və pestisidlər istehsalçılarının (SCIF 2020) IV Ümumdünya konqresi keçiriləcək.

“Report”un məlumatına görə, bu tədbirin məqsədi MDB və Avropa müəssisələri, xarici ekspert cəmiyyətləri, ictimai və işgüzar dairələrin nümayəndələri arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün unikal elmi və praktik platforma yaratmaqdır.

Konqres çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək, bu müddət ərzində sənaye mütəxəssisləri əməkdaşlıq yollarını müzakirə etmək, yeni əlaqələr qurmaq və mövcud əlaqələri gücləndirmək, tərəfdaş və müştəri tapmaq imkanı əldə edəcəklər.

SCIF 2020 IV Ümumdünya konqresinin ümumi istehsal tərəfdaşı "SOCAR Karbamid" zavodudur. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya kafedrası isə konqresin elmi tərəfdaşdır.

Son xəbərlər

Orphus sistemi