Bakıda kolbasa sexində şübhəli ət məhsulları aşkarlanıb

Bakıda kolbasa sexində şübhəli ət məhsulları aşkarlanıb Mənşəyi məlum olmayan nümunələr götürülərək baytarlıq laboratoriyasına göndərilib
ASK
14 Yanvar , 2016 13:25
Bakıda kolbasa sexində şübhəli ət məhsulları aşkarlanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) daxil olan məlumatlar əsasında Bakı şəhərinin Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin Şərq massivində yerləşən “Zirvə” kolbasa məmulatları sexində reyd keçirib.

“Report” DBNX-nə istinadən bildirir ki, reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan 675 kq toyuq farşı, 200 kq heyvan mənşəli farş , 450 kq toyuq filesi, 120 kq toyuq budu, 780 kq sümüksüz toyuq əti, 450 kq qarışıq toyuq əti, 49 kq toyuq qanadı aşkar olunub.

"Mənşəyi məlum olmayan, sağlamlığı şübhə doğuran yuxarıda qeyd olunan məhsullardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək", - deyə DBNX-dan qeyd olunub.

Dövlət Xidməti bildirir ki, bu kimi qanunsuz işlə məşğul olan hüquqi və fiziki şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi