Bakıda kənd təsərrüfatı yarmarkalarının bərpa olunacağı tarix açıqlanıb

Bakıda kənd təsərrüfatı yarmarkalarının bərpa olunacağı tarix açıqlanıb Bəzi paytaxt yarmarkalarının ünvanı dəyişdiriləcək
ASK
18 Sentyabr , 2015 13:18
Bakıda kənd təsərrüfatı yarmarkalarının bərpa olunacağı tarix açıqlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları Qurban bayramı günlərində bərpa olunacaq. "Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. 

O qeyd edib ki, yarmarkaların təşkili ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müvafiq ünvanlar təqdim olunub: "Bakı Şəhər İcra Hakimiyyəti ilə apardığımız danışıqlar nəticəsində bu məsələ artıq həllini tapıb. Qurban bayramı ərəfəsində bir neçə yerdə yarmarka təşkil ediləcək. Bəzi yarmarkaların ünvanları dəyişdiriləcək. Hələlik ünvanlar nazirlik və icra hakimiyyəti ilə birgə nəzərdən keçirilir. Malların əhaliyə ucuz qiymətə satışı və kənd təsərrüfatı məhsullarının istehsalçılarının asanlıqla bazara çıxışı yenidən təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi