​Bakıda kənd təsərrüfatı yarmarkalarının bərpa müddəti məlum deyil

​Bakıda kənd təsərrüfatı yarmarkalarının bərpa müddəti məlum deyil Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı danışıqları davam etdirir
ASK
21 Avqust , 2015 13:10
​Bakıda kənd təsərrüfatı yarmarkalarının bərpa müddəti məlum deyil

Bakı. 21 avqust. REPORT.AZ/ Bakı şəhərində əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını ödəmək məqsədilə paytaxtın müxtəlif rayonlarında həftəsonu təşkil olunan satış yarmarkalarının fəaliyyətinin yenidən bərpa olunması məsələsi qeyri-müəyyən qalıb.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a bildirilib ki, yarmarkaların yenidən təşkil olunması üçün hələ də nazirliklə Bakı Şəhər İcra Hakimiyyəti arasında danışıqlar aparılır: "Danışıqların nə zaman yekunlaşacağı isə məlum deyil".

Qeyd edək ki, kənd təsərrüfatı naziri Heydər Əsədov yarmarkaların fəaliyyətinin dayandırılmasının əsas səbəblərindən biri kimi, şəhərin bəzi rayonlarında, əsasən də Xətai rayonunda əhali tərəfindən Bakı Şəhəri İcra Hakimiyyətinə yarmarkaların onların normal yaşayış şəraitinə mane olması barədə müraciətlərin daxil olmasını göstərib: "Bu sahələrdə monitorinq aparmaq və ünvan dəyişikliyi edərək başqa yerə köçürmək nəzərdə tutulub. Bununla bağlı isə hələlik son qərar yoxdur, lakin gələcəkdə yarmarkalar bərpa oluna bilər".

Xatırladaq ki, Bakıda mayın 8-dən etibarən 7 rayonda kənd təsərrüfatı yarmarkaları fəaliyyətini dayandırıb. Kənd təsərrüfatı yarmarkaları 2006-cı ildən etibarən ənənəvi olaraq Bakı şəhərində Xətai rayonu (2 ünvanda - Ukrayna dairəsi və "Bakı" kinoteatrı yaxınlığında), Nəsimi rayonu (S.Vurğun küçəsi 73, Təzə Bazar), Yasamal rayonu (Akim Abbasov küçəsi, İran klinikasının yanı), Nərimanov rayonu ("Gənclik" metrosu), Səbail rayonu (Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi,1), Suraxanı rayonu (2 ünvanda - Qaraçuxur və Əmircan qəsəbələri), Binəqədi rayonu (Dərnəgül, Koroğlu Rəhimov küçəsi,53) təşkil olunurdu.

Son xəbərlər

Orphus sistemi