Yuxarı

​Bakıda kənd təsərrüfatı üzrə regional konsultativ seminar keçirilir

Tədbirdə MDB ölkələrinin sahə üzrə nümayəndələri iştirak edirlər

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təşkil olunmuş keçmiş SSRİ ölkələrində kənd əhalisinin sosial müdafiəsi üzrə regional konsultativ seminar işə başlayıb. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Russiya, Tacikistan, Türkmənistan və Ukraynanın mütəxəssisləri, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri və elm sahəsində çalışan alimlər iştirak edirlər.

Sosial müdafiə, yoxsul təbəqənin qorunmasına yönəldilən siyasətin ən mühüm elementi kimi geniş səviyyədə tanınıb və FAO sosial müdafiəni milli strategiya və tədbirlərə daxil edərək, kənd təsərrüfatının inkişafında və kənd ərarzilərdə yoxsulluğun azaldılmasına yönəldilən məsələlərin həllində hökumət və iştirakçılara yardım etməyə israrlıdır. Bu tədbir keçmiş SSRİ ölkələrində sosial müdafiə sahəsində islahatlar və bilik əldə etməsində imkan yaratmaq üçün FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən başlanan layihəsinin bir hissəsidir.

Mütəxəssislər keçmiş Sovet İttifaqı ölkələrində sosial müdafiə islahatlarında mövcud olan problem və istiqamətlər haqqında müzakirələr aparacaqlar və əsas diqqət yoxsul və zəif əhalinin xüsusi ehtiyacları ilə məşğul olmasında, müvafiq təcrübənin təyin edilməsinə yönəldilmiş xüsusi diqqəti və onların kəndli qadın və kişilərə təsirini nəzərə alınacaq.

İclasın nəticələri regionda yerləşən hökumətlərə yardım edəcək və həmçinin FAO-nun texniki bacarığı olan sahələri və regionda təşkilatın gələcək strategiyasının inkişafı haqqında məlumat veriləcək.

Azəraycan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov və FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir seminarda açılış nitqi ilə çıxış ediblər.

İ.Bayramov seminar iştirakçılarına ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini, bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul edildiyini, Azərbaycanda kənd əhalisinin social müdafiəsi, kənd ərazilərinin inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi sahəsində hökumət tərəfindən aparılan siyasət və həyata keçirilən dövlət proqramları barədə ətraflı məlumat verib, kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı və dəstəyindən danışıb.

M.İmir kənd əhalisinin sosial müdafiəsi sahəsində FAO tərəfindən üzv ölkələrə göstərilən texniki dəstək, təşkilatın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Seminar iki gün davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi