Yuxarı

​Bakıda kənd təsərrüfatı seminarı keçirilir

Tədbirin ümumi məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Bakı. 17 iyun. REPORT.AZ/ Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi “Mərkəzi Asiya ölkələrində fitosanitar nəzarətin gücləndirilməsi” regional layihəsi çərçivəsində ikigünlük seminar işə başlayıb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanda və 4 Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) ölkəsində növbəti iki il ərzində həyata keçiriləcək layihənin ümumi məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsi, əhalinin qidalanma səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı sahəsində siyasətin təkmilləşdirilməsi və əsas fitosanitar məsələləri sahəsində milli potensialın gücləndirilməsidir.

Layihə çərçivəsində ticarətin inkişaf etdirilməsi məqsədilə ixrac və idxal bazarlarının qiymətləndirilməsinin aparılması sahəsində layihənin benefisiar ölkələrində milli fitosanitar nəzarət xidmətlərinin dəstəklənməsi, milli fitosanitar qanunvericiliyə baxılması və onların Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası və ÜTT-nin Sanitar və Fitosanitar Qanunvericiliyə uyğunlaşdırılması, zərəvericilərin idarə olunması, beynəlxalq fitosanitar standartlar, zərərvericilərin risk analizinin aparılması sahəsində təlimlərin keçirilməsi vasitəsilə milli potensialın artırılması, eyni zamanda bitki karantin məntəqələrinin və laboratoriyaların müvafiq avadanlıqlarla təmin edilməsi və bu sahədə təlimlərin keçirilməsi vasitəsilə karantin zərərvericilərinin aşkarlanması və ticarət tərəfdaşlarının tələblərinin ödənilməsi məqsədilə ixracın sertifikatlaşdırılması sahəsində institusional imkanların gücləndirilməsi nəzərdə tutulur.

FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti tərəfindən zərərvericilərin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində aparılan məqsədyönlü işlərə istinad edib, lakin hazırkı dövrdə ətraf mühit faktorlarının çevik dəyişməsi, ticarətin inkişafı və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkəyə yeni zərərvericilərin daxil olmasının böyük risk doğurduğunu vurğulayıb. Bu baxımdan, karantin zərərvericilərinin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində region ölkələri arasında əməkdaşlıq təşəbbüslərinin inkişaf etdirilməsinə böyük zərurətin olduğunu qeyd edib ki, həyata keçiriləcək bu layihənin də məhz bu məqsədə xidmət edəcəyini bildirib. İki gün davam edəcək seminarda layihə çərçivəsinədə beynəlxalq mütəxəssislərlə yerli mütəxəssislər arasında fikir mübadiləsi aparılacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi