Bakıda Kənd Təsərrüfatı Nazirliyində IV donor əlaqələndirmə görüşü keçirilir

Bakıda Kənd Təsərrüfatı Nazirliyində IV donor əlaqələndirmə görüşü keçirilir Görüşdə Azərbaycan hökuməti və 20-dək maliyyə təşkilatının nümayəndələri iştirak edirlər
ASK
12 Aprel , 2017 13:04
Bakıda Kənd Təsərrüfatı Nazirliyində IV donor əlaqələndirmə görüşü keçirilir

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyində IV donor əlaqələndirmə görüşü keçirilir.

"Report" xəbər verir ki, görüşdə "Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyulmuş hədəf və məqsədlər müzakirə edilir.

Qeyd edək ki, görüşdə Azərbaycan hökuməti ilə birgə kənd təsərrüfatı layihələrini icra edən beynəlxalq təşkilat, inkişaf agentlikləri, o cümlədən Dünya Bankı, İslam İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa İttifaqı, Alman Texniki Əməkdaşlıq Agentliyi, Yaponiya Əməkdaşlıq Təşkilatı da daxil olmaq 20-dək maliyyə təşkilatının nümayəndələri iştirak edirlər. 

Son xəbərlər

Orphus sistemi