Bakı. 16 mart. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonunda (III mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsi) “Agromall Yaşıl Market” yarmarkası açılacaq.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb, yarmarka ən müasir texniki avadanlıqla təchiz olunub. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları öz məhsullarını satmaq üçün yeni təşkil olunmuş yarmarkaya dəvət olunur.
Qeyd edək ki, “Agromall Yaşıl Market”də yerləşmək üçün məhsul istehsalçılarından və sahibkarlardan heç bir ödəniş tələb olunmayacaq.